
Senzor.az bildirir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
"Hazırda aviaşirkət növbəti (bu həftənin ikinci) reysini ləğv edib. Digər tarixlər üçün olan uçuşların ləğv edilməsi barədə məlumat dəqiqləşdirilir", - deyə Aeroportdan bildiriblər.
Qeyd edək ki, Almatı-Bakı reysini həyata keçirən təyyarə Bakıya saat 20:50-də enməli, saat 21:50-də isə əks istiqamətdə uçmalı idi.