Qazaxıstanda ümummilli matəmdir
Qazaxıstanın bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı bu gün ölkədə ümummilli matəm günü elan edilib.
 
Senzor.az xatırladır ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.
 
Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.
 
Bununla belə, dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.
 
Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.
 
Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.
 
Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.
 
Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.
 
Həmin gün Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.
 
Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib.
 
Təşkilat müraciəti nəzərə alaraq Qazaxıstana müvəqqəti olaraq sülhməramlılar göndərmək haqqında qərar qəbul edib.

İğtişaşların gedişində nə qədər insanın həlak olduğu hələlik dəqiq bilinmir. Yerli KİV-in yazdığına görə, ölənlərin sayı 164 nəfərə çatıb - Almatıda 103 nəfər, Qızıl Orda vilayətində 21 nəfər, Cambıl vilayətində 10 nəfər, Almatı vilayətində isə 8 nəfər həlak olub. Həlak olanlar arasında 11 və 15 yaşlarında iki yeniyetmə və 4 yaşlı qız da var.
 
Həmçinin bildirilir ki, iğtişaşlar zamanı tibbi yardım üçün 2260 nəfərdən çox adam müraciət edib, onlardan 1100-ə yaxını Almatının payına düşür. 
 
Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, güc strukturlarının 16 əməkdaşı həlak olub, 1300-dən çoxu xəsarət alıb.
 
Yanvarın 8-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. O, dövlətə xəyanətdə şübhəli bilinir. Saxlanılan etirazçıların sayı isə 8 minə yaxındır.

Bir müddət öncə Qazaxıstanın Baş prokurorluğu ölkədə kütləvi iğtişaşlarla bağlı cinayət işinə başlayıb. İğtişaşlarda iştirak edənləri vətəndaşlıqdan məhrum olunmaqla 8 ildən başlayaraq ömürlük həbsə qədər cəza gözləyir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.