Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub.
Bir az əvvəl FHN-dən həmçinin bildiriblər ki, əlavə olaraq Mülki Müdafiə Qoşunlarının 34 nəfər şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd helikopteri də yanğınsöndürmə işlərinə qoşulublar.
Əlavə məlumat veriləcək.