Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili anidən idarəetməni itirib və yolun kənarına aşıb.
Qəza nəticəsində Göyçay rayon sakinləri və bir ailənin üzvü olan 1947-ci il təvəlüdl Mehdiyeva Mehriban Nizami qızı, onun övladları-1981-ci il təvəlüdlü Mehdiyev Zaur Nurəddin oğlu və 1983-cü il təvəllüdlü Mehdiyeva Arifə Nurəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.