Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi (XİN) ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün imtahan keçirəcək.
DİM-dən senzor.az-a verilən məlumata görə, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahanda namizədlərə test və esse tapşırıqları təqdim olunacaq. Test tapşırıqları namizədlərin qanunvericilik və ümumi sahəvi biliklər, ümumi dünyagörüşü, rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə sahələri üzrə biliklərini yoxlayacaq. Həmçinin, namizədlərin Azərbaycan dili və seçdiyi bir xarici dil (qeydiyyat zamanı namizədin imtahan vermək istədiyi xarici dil kimi müəyyənləşdirdiyi dil) üzrə bilikləri esse tapşırıqları formasında yoxlanılacaq. Xarici dil seçimi yalnız esse tapşırığı üçün nəzərdə tutulub.
İmtahan müddəti 4 saatdır: test tapşırıqları üçün 150 dəqiqə, esse tapşırıqları üçün 90 dəqiqə. Həmçinin imtahanda test tapşırıqlarından sonra fasilə nəzərdə tutulur.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 23 dekabr 2021-ci ildən 13 yanvar 2022-ci ilə qədər davam edib. İmtahanda iştirak etmək üçün 478 nəfər qeydiyyatdan keçib. Namizədlərin sınaq imtahanı 26 dekabr 2021-ci il tarixində keçirilib.
Xatırladaq ki, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 3 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 45 nəzarətçi‑müəllim, 6 buraxılış rejimi əməkdaşı ayrılıb.