Zakir Həsənov Azərbaycanın İrandakı səfirliyində olub -
FOTO
Bu gün
İran İslam Respublikasında rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının bu ölkədəki səfirliyini ziyarət edib. Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, general-polkovnik Z.Həsənov səfirliyin inzibati binasında Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.