Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
Senzor.az DİN-in Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən bildirir ki, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində Səmən Sultanova qətlə yetirilib və aparılan araşdırmalar zamanı hadisənin onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranıb.
Lakin R.Sultanov hadisəni törətdikdən sonra qaçaraq gizlənib. Yanvarın 30-da Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman nəzarət yoxlama qaydasında saxlanılıb və RPŞ-yə gətirilib.
Faktla bağlı araşdırma aparılır.