Azərbaycanda Kiçik çillə başladı
Xalq inancına görə, bu gecə - yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən Azərbaycanda Böyük çillə başa çatıb və Kiçik çillə başlayıb.
 
Senzor.az xatırladır ki, xalqımız qış dövrünü “çillə” adı ilə üç yerə bölüb. Çillə “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Böyük çillə 40 gün (21 dekabr - 30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar - 19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral - 20 mart) olur. El arasında bu üç çilləni üç bacı, daha çox Böyük və Kiçik çillələrə görə “böyük və kiçik bacı” adlandırırlar.
 
"Çillə" həm də çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir.
 
Daha mülayim olan Böyük çillədən fərqli olaraq, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. 
 
Kiçik çillədən sonra Boz ay başlayır. Boz ay isə Novruz bayramı ilə bitir. 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.