Fevralın 18-də Lənkəran seysmoloji stansiyasından 21 kilometr şimal-qərbdə - Lənkəran rayonunda zəlzələ baş verib. Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 16:24-də qeydə alınan zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.