UEFA Konfrans Liqası: “Qarabağ” klubu mübarizəni dayandırdı
Fevralın 24-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Fransanın “Marsel” komandası ilə qarşılaşıb.
 
Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda  qonaqlar 3:0 hesabı ilə qalib gəliblər. Oyunda hesabı matçın 12-ci dəqiqəsində “Marsel”in heyətində Pap Quye açıb. Qarşılaşmanın 34-cü dəqiqəsində “Qarabağ” klubu fərqlənməyə imkan tapsa da, top İbrahim Vadjinin əlinə dəyib tora daxil olduğuna görə qol qeydə alınmayıb.
 
Görüşün ikinci hissəsində Ağdam təmsilçiləri bir neçə dəfə təhlükəli hücumlar etsələr də, fərqlənə bilməyiblər. “Qarabağ” futbolçularını əks-hücumda yaxalayan qonaqlar isə matçın 77-ci dəqiqəsində Matteo Qenduzinin qolu ilə hesab arasındakı fərqi artırıblar. Görüşün sonunda - 90+2-ci dəqiqədə “Marsel”in heyətində De La Fuenten oyunda son nöqtəni qoyub – 0:3.
 
İlk oyunda 1:3 hesabı ilə məğlub olan ağdamlılar iki oyunun cəminə görə 1:6 hesabı ilə uduzaraq UEFA Konfrans Liqasında mübarizəsini dayandırıblar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.