Əfqanıstanda gərgin vəziyyət davam edir. Son sutka ərzində Müdafiə və Təhlükəsizlik Qüvvələri ilə Taliban silahlıları arasında olan toqquşmalarda xeyli sayda insanın həlak olduğu bildirilir.
Bu barədə "Tvitter"də məlumat yayan Müdafiə Nazirliyi yüzlərlə terrorçunun məhv edildiyini bəyan edib: "24 saat ərzində Nanqarxar, Kunar, Loqar, Paktiya, Paktika, Maydan Vardak, Qəndəhar, Sari-Pul, Helmand, Qunduz və Baqlan əyalətlərində keçirilən əməliyyatlar nəticəsində 361 terrorçu məhv edilib. 145 yaraqlı isə yaralanıb".
Azvision.az xatırladır ki, silahlılar son aylarda Əfqanıstanın qəsəbə və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirməyi bacarıblar. Hökumət qüvvələri ilə Taliban silahlıları arasında gedən döyüşlər son günlərdə daha intensiv hal alıb. Vəziyyətin gərginləşməsi Amerika qoşunlarının geri çəkilməsi fonunda baş verir.