Qazaxda yanğın baş verib. APA-nın məlumatına görə, yanğın axşam saatlarına yaxın qeydə alınıb.
Yanğın zamanı iki geyim mağazası yanıb.
Qazax rayon FHN-in əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğının ətraf mağazalara keçməməsi üçün tədbir görülüb.
Yanğının səbəbləri araşdırılır.
