
APA-nın xəbərinə görə, qətlə yetirilən şəxslər Göygöl rayonunda, Murovdağ qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, fevralın 27-də Ukraynanın Odessa vilayətindən Moldova istiqamətinə avtomobillərlə keçmək istəyən 40 nəfərdən artıq azərbaycanlı Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Nəticədə yaralanan İsmayılov Rəhim Əli oğlu, onun oğlu Azər İsmayılov, qardaşı Nemət İsmayılov hadisə yerində ölüblər.
Rəhim İsmayılovun bacısı oğlu - 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib.
Əslən Kəlbəcər rayonundan olan ailə Gəncə şəhərində məskunlaşıb.

