Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl...
SOSİAL ŞƏBƏKƏDƏ NƏ PAYLAŞIBMIŞ?

Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunmasından bir neçə dəqiqə əvvəl sosial şəbəkədəki paylaşımı diqqət çəkib.

 

Belə ki, Məleykə Abbaszadə özünün sosial media hesabında DİM sədri kimi keçirdiyi görüş barədə paylaşım edib.

 

O, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini DİM-də qəbul etdiyini bildirib. Paylaşımda görüş zamanı qurumun 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsi çərçivəsində görülən işlərin və növbəti addımların müzakirə olunduğu qeyd edilib.

 

Abbaszadə informasiya sistemlərinin “Digital Bridge” platformasına və “mygov ID” xidmətinə qoşulması, elektron xidmətlərin “mygov” və “mygov Biznes” üzərindən təqdim edilməsi, sistemlərin “Hökumət buludu”na köçürülməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi məsələlərindən bəhs edib.

 

Bununla yanaşı, qəbul prosesində qeydiyyat, ixtisas seçimi və müsabiqə nəticələrinin “mygov” üzərindən əlçatan olması, ödənişlərin vahid platformada avtomatlaşdırılması imkanlarının nəzərdən keçirildiyini bildirib.

 

Trend vurğulayır ki, Məleykə Abbaszadə saat 09:50-də sosial media hesabında paylaşım edib, saat 10:03-də isə onun Bakı Dövlət Universitetinə rektor təyin olunması barədə Prezident İlham Əliyevin sərəncamı dərc olunub.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.