Bəşir Süleymanlıya hökm oxundu

"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Senzor.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Bəşir Süleymanlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Həmçinin əlavə cəza olaraq o, 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

 

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə prokuror Bəşir Süleymanlının 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Həmçinin əlavə cəza olaraq ona 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməsi istənilmişdi.

 

İttihama görə, Bəşir Süleymanlı Paris şəhərində fəaliyyət göstərən ABŞ-ın Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr adı ilə ümumilikdə 148 min manatdan artıq qrant vəsaitini tamah məqsədi ilə ələ keçirib. Bu əməli törədərkən o, Mehriban Rəhimli və digəriləri ilə cinayət əlaqəsinə girib, eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Alınmış qrant vəsaitləri barədə müvafiq qurumlara məlumat verməyib.

 

Bəşir Süleymanlı 2025-ci ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

 

Onu da xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılıb.

 

Cinayət işi üzrə ittiham edilənlərin bir qismi ilə bağlı da məhkəmə hökmləri çıxarılıb.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.