
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya, ABŞ və Çin liderləri Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında bu gün keçirilən üçtərəfli danışıqların nəticələri ilə bağlı şərh verməkdən imtina edib.
Senzor.az bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Görüşün necə keçdiyi və uğurlu olub-olmadığı soruşulduqda nazir danışıqları aparan şəxsin özü olmadığını qeyd edib: “Danışıqları Prezident apardı, siz nə düşünürsünüz?”.
Yeri gəlmişkən, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıqlar başa çatandan sonra jurnalistlərə bildirib ki, Vladimir Putin, Si Cinpin və Donald Trampın Şençjendə üçtərəfli görüşü yaxşı ab-havada keçib.
Y.Uşakov onu da qeyd edib ki, görüşün təfərrüatları barədə yaxın vaxtlarda keçirəcəyi mətbuat konfransında Rusiya Prezidenti özü danışacaq.