
Senzor.az bildirir ki, hava gəmisi kapitanları İzmir hava limanına enməyə qərar veriblər.
Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sözügedən reyslər Bakıdan gecikmə ilə yola düşüb.
Lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq təyinat aeroportu uçuş-enmə zolağının qardan təmizlənməsi səbəbindən hazırda təyyarələrin qəbulunu məhdudlaşdırıb. İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra təyyarələr İzmirdən ora yola düşəcək.