Azərbaycanda Novruz bayramı qeyd edilir
Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından birini-Novruz bayramını qeyd edir.
 
Senzor.az xatırladır ki, bir sıra xalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.
 
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
 
Bu il Azərbaycana yaz fəslinin gəlişi martın 20-də saat 19:33:23-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.
 
Onu da xatırladaq ki, bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi ikinci Novruz bayramıdır və artıq işğaldan azad olunan ərazilərimizdə də qeyd olunur. Ona görə də xalqımız ötən il olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.

Senzor.az hamınızı Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bol ruzi-bərəkət, sevinc dolu günlər, əmin-amanlıq arzulayır.
 
BAYRAMIMIZ MÜBARƏK!





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.