İlham Əliyev Vyetnam Prezidentinə təbrik məktubu göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukaya təbrik məktubu ünvanlayıb.
 
Senzor.az bildirir ki, təbrik mətnində deyilir:
 
"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Ənənəvi Azərbaycan-Vyetnam dostluq əlaqələrinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr, iqtisadi və humanitar sahələrdə sıx təmaslar mövcuddur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz, həmçinin çoxtərəfli formatda səmərəli əməkdaşlığımızla müşayiət olunur.
 
İnanıram ki, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi uğurla davam etdirəcəyik.
 
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.