
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, inşaat materiallarının satışı bazarının ərazisində ümumi sahəsi 6 m² olan taxta konstruksiyalı gözətçi köşkü, bitişik ümumi sahəsi 6 m² olan digər köşkün dam örtüyünun taxta atmaları 2 m² sahədə, ümumi sahəsi 140 m² olan anbarın dam örtüyünun taxta atmaları 2 m² sahədə və yaxınlıqda ümumi sahəsi 265 m² olan digər anbarın dam örtüyünun taxta atmaları 0,5 m² sahədə yanıb.
Köşkün və anbarların qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı FHN-in müvafiq bölmələri tərəfindən alınıb.