"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-İçərişəhər" xəttində hərəkət edən qatarın sonuncu vaqonunda pis qoxu olması səbəbindən sərnişinlər təxliyə edilib.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Qatara baxış keçirilib, hər hansı texniki problem aşkar olunmayıb. Lakin vaqonda qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb. Xəttə yeni qatar verilib. Qoxu aradan qaxdıqdan sonra həmin qatar da işini davam etdirəcək", - o deyib.