Azərbaycanda daha bir zəlzələ oldu – BU DƏFƏ İSMAYILLIDA
Bu gün
Aprelin 20-də yerli vaxtla saat 22:05-də İsmayıllı stansiyasından 27 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarında hiss edilməyib.