Bakı Metropoliteninin "28 May" stansiyasında nasazlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə jurnalistlərə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, nasazlıq Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edən qatarda qeydə alınıb: "Sərnişinlər qatardan düşürülüb. Köməkçi qatar verilib. Təlimat qaydalarına uyğun olaraq sərnişinlər həmin qatardan da düşürülüb. Qatar xətdən çıxarılıb. Bu səbəbdən xətdə təxminən 12 dəqiqəlik gecikmə yaranıb. Qatarlar arası interval isə qorunub-saxlanılıb", - deyə B.Məmmədov əlavə edib.