
Senzor.az bildirir ki, gecikmə metronun “İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı yaranıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə bildirib ki, yəqin ehtiyat qatarlardan biri xətdən çıxarılıb və bu səbəbdən interval artıb: “Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”.