Paşinyanı "dezinfeksiya" etmək istəyənlər saxlanıldı
VİDEO
Aprelin 25-dən başlayaraq hər gün İrəvanda hakimiyyət əleyhinə kütləvi etiraz aksiyaları təşkil edilir. Yerli media polislərin hər dəfə etirazçılara qarşı güc tətbiq etdiyini yazır.
 
Növbəti belə etiraz aksiyası bu gün hökumət binası qarşısında baş tutub. Bir qrup müxalifətçi dezinfeksiya işçilərinin formasında hökumət binası qarşısına gələrək ora naməlum maddələr səpiblər. Onlar bununla rəmzi mənada hakimiyyəti "viruslardan" təmizlədiklərini göstəriblər.
 
Sonra aksiya iştirakçıları “Nikol, get!” plakatları ilə hökumət binasına doğru yolu keçmək istəyiblər, amma polis onlara mane olub.
 
Nəticədə fəallarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında mübahisə yaranıb və o, əlbəyaxa davaya çevrilib. Aktivlərdən bəziləri polisə aparılıb.
 
Senzor.az xatırladır ki, bir müddət əvvəl Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan aprelin 25-dən bütün ölkədə davamlı etiraz aksiyaları keçirəcəklərini bəyan edib.
 
Digər müxalifət fraksiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan da deyib ki, aprelin 25-dən mübarizənin ikinci mərhələsi başlayacaq. Aktiv və dinamik mərhələnin məqsədi daha çox insanı səfərbər etmək olacaq.
 
Onu da qeyd edək ki, bu gün-aprelin 27-də saat 18:30-da əsas yürüşə start veriləcək, etirazçı kütlə faşist Qaregin Njdenin abidəsindən hərəkətə başlayacaq. Saqatelyan qeyd edib ki, aksiyalar əsas mitinqin keçiriləcəyi mayın 1-dək davam edəcək. Bundan sonra müxalifət gələcək fəaliyyət planını təqdim edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.