Qədim və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət!" anlayışı ilə bir yumruq olmağa davam edir.
Senzor.az bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda belə deyilir.
"Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları sentyabrın 6-dan Laçında "Birgə Komando Əməliyyatı" təlimi keçirir. Təlimlər sentyabrın 10-dək davam edəcək", - deyə məlumatda vurğulanıb.