Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist Qadir İbrahimli xəstəxanada vəfat edib.
Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 53 yaşlı jurnalist az öncə dünyasını dəyişib.
Qeyd edək ki, mərhum mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Yaxınlarının bildirdiyinə görə, Q.İbrahimlinin nəşi dəfn edilmək üçün doğulduğu Lənkəran şəhərinə aparılacaq.
Allah rəhmət eləsin!