Türkiyənin Antalya vilayətinin Kumluca rayonunda 4.5 bal gücündə yeraltı təkan qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 14:14-də baş verib. Dağıntı və xəsarət alanların olmadığı bildirilir.
Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub