Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb.
Senzor.az xatırladır ki, sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.
**10:00
Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.
Senzor.az bildirir ki, sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.
167 nəfər azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən, 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib. 3 nəfər şərti məhkum etmədən azad olunub. Bundan başqa, 6 nəfər azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilib.
Əfv olunan şəxslər arasında 3 nəfər jurnalist və bloqer, 3 nəfər siyasi partiya üzvü var.
Əfv Sərəncamı 2018-ci il 10 iyul tarixində Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən 20 nəfərə də şamil olunub.
Xatırladaq ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.