Yerli vaxtla saat 22:09-da Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, təbii hadisə Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.
Zəlzələ 3,8 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib.