Serbiya Baş nazirinin müavini İlham Əliyevlə danışıqlarda - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Serbiya Baş nazirin müavini, mədən və energetika naziri Zorana Mixayloviçi qəbul edib.

 

Senzor.az bildirir ki, Zorana Mixayloviç Serbiya Prezidenti Aleksandr Vuçinin salamlarını dövlət başçısına çatdırıb.

 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

 

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

 

Zorana Mixayloviç azad edilmiş torpaqlarımızda dağıntılar barədə məlumatlı olduğunu bildirərək bununla əlaqədar ölkəmiz və xalqımız naminə görülən işlər, o cümlədən azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma layihələri ilə bağlı dövlət başçısını təbrik edib.

 

Qonaq Azərbaycan şirkətlərinin Serbiyada uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

 

Dövlət başçısı işğal dövründə ermənilərin torpaqlarımızda törətdiyi böyük dağıntılardan danışıb.

 

Söhbət zamanı 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin regional və beynəlxalq əməkdaşlığın möhkəmkənməsi işinə töhfə verdiyi bildirilib, Zorana Mixayloviçin sərgidə iştirakının önəmi qeyd edilib.

 

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.

 

Zorana Mixayloviç Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

 

**12:36


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Serbiya Respublikası Baş nazirinin müavini, mədən və energetika naziri xanım Zorana Mixayloviçi qəbul edib.

 

Senzor.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.