Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Senzor.az bildirir ki, həmin məlumata əsasən, paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:
1. Bakı Sumqayıt şosesi - Masazır dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər sıxlıq;
2. Ziya Bünyadov prospekti - Olimpiya stadionu yanından başlayaraq Atatürk prospektilə kəsişməyə qədər - 20 Yanvar dairəsi istiqamətində sıxlıq;
3. Yusif Səfərov küçəsinin Mehdi Mehdizadə küçəsi ilə kəsişməsi daxil olmaqla, “Koroğlu” metro stansiyası istiqamətində və Sevgi parkı qarşısından başlayaraq 28 May küçəsi kəsişməsinə kimi sıxlıq;
4. 28 May küçəsi - Rixard Zorge küçəsi kəsişməsi daxil olmaqla Rəşid Behbudov küçəsi kəsişməsinə kimi sıxlıq;
5. Heydər Əliyev prospekti – “Koroğlu” metro stansiyasının qarşısı daxil olmaqla kənar yol, “Asan xidmət”in qarşısına kimi sıxlıq;
6. Xətai prospekti - Neymət Quliyev küçəsinin kəsişməsi daxil olmaqla Heydər Əliyev prospekti kəsişməsinə kimi, “Koroğlu” metro stansiyası istiqaməti sıxlıq;
7. Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti kəsişməsinə kimi sıxlıq;
8. Tbilisi prospekti - 20 Yanvar dairəsi, körpü üzərindən başlayaraq Abdulvahab Salamzadə küçəsi kəsişməsinə kimi sıxlıq.