Şəmkirin Qaralar kəndində şəhid Vaqif Hüseynovun xatirəsi əbədiləşdirildi
FOTO

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Vaqif Hüseynovun xatirəsi doğulub boya-başa çatdığı Qaralar kəndində əbədiləşdirilib.

 

Senzor.az bildirir ki, şəhidin xatirəsinə ucaldılmış abidə-bulaq komleksinin açılış mərasimində əvvəlcə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tədbirdə çıxış edərək abidənin inşasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirərək 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyindən, xalqımızın məğrurluğundan, yenilməzliyindən, torpağa bağlılığı və yurd sevgisindən danışıb. İcra başçısı bildirib ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı: “Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, bir yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək”. 

Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. 

Tədbirdə çıxış edən şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. 


Mərasimdə RİH əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər və müharibə iştirakçıları, şəhidlərin yaxınları iştirak ediblər.

 

Qabil YUSİFOĞLU






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.