İyulun 11-də günorta saatlarından sonra Türkiyənin paytaxtı Ankarada yağan güclü leysan və yaranmış sel böyük problemlər yaradıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Çankaya rayonunun Kırkkonaklar bölgəsində tunelləri və yeraltı keçidləri su basıb.
Şəhərin əksər səmtlərində nəqliyyatın hərəkətində problem yaranıb. Sel basan əraziləri daşqın su və çirkabdan təmizləmək üçün tədbirlərə başlanılıb.
Rəsmi məlumata görə, əlverişsiz hava şəraiti ölkənin digər yerlərində də sel və daşqınlar başda olmaqla, müəyyən çətinliklər yaradıb.