Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarə Mərkəzi (NİİM) paytaxt yollarında sıxlıq olan küçə və prospektlərin siyahısını açıqlayıb.
NİİM-dən senzor.az-a verilən məlumata görə, həmin küçə və prospektlərdə vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər əsas və kənar yol sıxlıq;
3. Binəqədi şosesində - “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq;
4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;
5. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq;
6. Heydər Əliyev prospektində - “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “Asan xidmət” mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq;
7. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.