Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Senzor.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Əziz Səncər 1946-cı ildə Türkiyənin Mardin şəhərində dünyaya gəlib. 1997-ci ildən ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika proqramı üzrə işləyir. DNT sahəsində araşdırmaları ilə tanınır. Ə.Səncər 2015-ci ildə kimya sahəsi üzrə Nobel mükafatına layiq görülüb.