Bakı yollarında sıxlıq - 152 AVTOBUS GECİKMƏ İLƏ HƏRƏKƏT EDİR

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda sıxlıq yaranan avtomobil yollarının siyahısını  açıqlayıb.

 

Senzor.az NİİM-ə istinadən bildirir ki, hazırda paytaxtın küçə və prospektlərində vəziyyət aşağıdakı kimidir:

 

1. Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq;

 

2. Binəqədi şosesi “Azadlıq prospekti”  metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq;

 

3.Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

 

4. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq;

 

5. Ziya Bünyadov prospekti Abdulvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində sıxlıq;

 

6. Abduvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

 

7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq;

 

8. Tbilisi prospekti “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq;

 

9. Bakıxanov küçəsi İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində sıxlıq;

 

10. Koroğlu Rəhimov küçəsi Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

 

11. Heydər Əliyev prospekti: kənar yol-mərkəz istiqamətində sıxlıq;

 

12. Heydər Əliyev prospekti: əsas yol-mərkəz istiqamətində sıxlıq;

 

13. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” m/st istiqamətində sıxlıq;

 

14. Xətai prospekti Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

 

15. 28 May küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq;

 

16. Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq;

 

17. Afiyəddin Cəlilov küçəsi Yusif Səfərov küçəsi istiqamətində sıxlıq;

 

18. Mikayıl Üseynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində sıxlıq;

 

19. Kənar Dairəvi yol Yeni Yasamal istiqamətində sıxlıq müşahidə olunur.

 

Bu arada Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi də paytaxt yollarında sərnişin avtobuslarının hərəkəti ilə bağlı məlumat yayıb.

 

Qeyd olunur ki, Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 57 müntəzəm marşrut xətti üzrə 152 avtobusun hərəkət intervalında gecikmələr var.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.