“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-023 nömrəli Bakı-Bodrum reysi texniki səbəblərə görə gecikir.
Senzor.az bildirir ki, bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə, sərnişinlər Bodruma digər təyyarə ilə yola salınacaqlar. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.