Eynur Əlizadə 31 yaşlı Turanəni niyə öldürüb? - "QALXIN, MƏHKƏMƏ GƏLİR!"

Bakıda tanışı olan qadını qətlə yetirməkdə təqsirləndirilən Eynur Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 
APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
 
Qeyd edək ki, bu il mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 31 yaşlı Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
İstintaqla müəyyən edilib ki, zərərçəkmişi tanışı Eynur Əfqan oğlu Əlizadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb. 
 
Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.