Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb.
Müdafiə Nazirliyindən (MN) senzor.az-a bildirilib ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub.
"Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M.Əhmədov dünən vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir", - deyə nazirlikdən əlavə edilib.
**11:24
Vətən müharibəsində yaralanaraq 9 ay koma vəziyyətində qalan gizir, Cəlilabad rayonunun Ocaqlı kəndindən olan Əhmədov Mirzə Balaqardaş oğlu şəhadətə yüksəlib.
"Report"un məlumatına görə, o, dünyasını dəyişib.
M.Əhmədov bu gün doğulduğu Ocaqlı kəndində dəfn ediləcək.