Oktyabrın 8-i saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az Astara Rayon Prokurorluğuna istinadən bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin qohumu - 1994-cü il təvəllüdlü Gülsevər Ağayevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
**13:55
Astara rayonunda qohumlar arasında dava düşüb.
“Report”un verdiyi xəbərə görə, hadisə Şəmətük kəndində qeydə alınıb.
Belə ki, ailə münaqişəsi zəminində Ağayeva Gülsevər Hilal qızı həyat yoldaşının əmisi arvadı Ağayeva Mehparə Ağamirzə qızına bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.
Faktla bağlı araşdırma aparılır.