Gürcüstanda azərbaycanlı sahibkar saxlanılıb

Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı sahibkar saxlanılıb.

 

“Qafqazinfo” xəbər verir ki, “Mamed Gas” MMC-nin rəhbəri Nəriman Allahverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

Gürcüstan DİN-dən bildirilib ki, N.Allahverdiyev maliyyə mübahisəsi və daxil olan şikayətlərlə bağlı məhkəməyə gəlmədiyi üçün axtarışa verilib və məhz bu əsasla tutulub.

 

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət təqibi həyata keçirilir. Sözügedən maddə qanunsuz sahibkarlıq fəaliyyətinə görə məsuliyyət nəzərdə tutur. Maddənin müvafiq bəndlərinə əsasən, əmələ görə cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

 

Qeyd edilib ki, Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (SEMEK) daha əvvəl yaydığı açıqlamaya görə, “Mamed Gas” MMC-nin təbii qazın paylanması üzrə lisenziyası 1 avqust 2026-cı il tarixindən ləğv edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.