Ukrayna xarici ölkələrdən kömək istədi - “BU, ŞOU DEYİL”

Oktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edib.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib ki, Kiyevə təcili kömək lazımdır.

 

“Öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır”, - o “Tvitter”də yazıb.

 

A.Qeraşşenko dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri istəyib: “Gecikmələr insan ölümünə səbəb olur. Bizə sağ qalmağımıza kömək edin. Qalib gəlməyimizə kömək edin”.

 

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin yeganə taktikası dinc şəhərlərdə terror törətməkdən ibarətdir: "Amma o, Ukraynanı parçalaya bilməyəcək".

 

D.Kulebanın fikrincə, bu, həm də tərəfləri sülhə çağıranlara mesajdır: "Putin raketlərlə danışan terrorçudur".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.