ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrini pisləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Birləşmiş Ştatlar Rusiyanın bu gün Ukrayna ərazisinə, o cümlədən Kiyevə endirdiyi raket zərbələrini qətiyyətlə pisləyir. Bu hücumlar dinc əhalinin ölümünə və yaralanmasına səbəb olub və heç bir hərbi məqsəd daşımayan hədəflər vurulub. Bunlar bir daha Putinin Ukrayna xalqına qarşı qanunsuz müharibəsinin tam vəhşiliyini nümayiş etdirir", - deyə Bayden bildirib.