Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığı aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, V.Zelenski bu barədə Teleqram kanalında yazıb.
O bildirib ki, söhbətin əsas mövzusu Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü olub: "ABŞ Prezidenti Cozef Baydenlə məhsuldar danışıq apardım. Əsas müzakirə mövzusu hava hücumundan müdafiə idi. İndi bu, müdafiə sahəsində əməkdaşlığımızda bir nömrəli prioritetdir".
Zelenski həmçinin qeyd edib ki, ABŞ-ın G7-nin sərt mövqeyi və BMT Baş Assambleyasında Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaqını pisləyən qətnamənin dəstəklənməsi məsələsində liderliyi Ukrayna üçün çox önəmlidir.