Ötən gecə İranın Tehran şəhərində “Evin” həbsxanasında baş verən yanğın nəticəsində 4 məhbus ölüb.
Senzor.az-ın məlumatına görə, bu barədə İranın Məhkəmə Sisteminin informasiya xidməti məlumat yayıb.
Bildirilib ki, yanğında 4 məhbus tüstüdən zəhərlənərək dünyasını dəyişib.
Hadisə nəticəsində 61 nəfər yaralanıb.
Xəsarət alanlardan 51 nəfərə ambulator müalicə göstərilib, 10 nəfərə isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ötən gecə Tehranın “Evin” həbsxanasında üsyan baş verib. Məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar.
**00:31
İranın Tehran şəhərindəki “Evin” həbsxanasında məhkumlarla personal arasında toqquşma olub.
Bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, məhbuslar həbsxananın geyim anbarını yandıraraq ərazidə yanğına səbəb olublar.
“Reuters”in məlumatına görə isə insident zamanı 8 nəfər yaralanıb. Ölən yoxdur.
Agentliyin məlumatına görə, həbsxanada siyasi məhbuslarla yanaşı, əcnəbilər və ikili vətəndaşlığı olanlar da var.
Yerli dövlət KİV-inin verdiyi son məlumata görə, həbsxanada vəziyyət nəzarət altına alınıb.