Parisdə bahalaşmaya etiraz: minlərlə insan küçələrə axışdı - POLİSLƏ TOQQUŞMA
VİDEO

Parisin mərkəzində Fransa hakimiyyətinin siyasətinə qarşı ölkənin solçu siyasi partiyalarının təşkil etdiyi böyük nümayiş keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yürüşdə bir neçə min insan iştirak edib.

 

Etirazçılar Bastiliya Meydanı istiqamətində hərəkət ediblər. Tədbirdə təkcə siyasi fəallar deyil, həm də həmkarlar ittifaqı və gənclər hərəkatlarının üzvləri də iştirak ediblər. Onlar inflyasiya və enerji böhranı fonunda hökumətin fəaliyyətini tənqid edən şüarlar səsləndiriblər.

 

Nümayişin rəsmi şüarlarından biri də “iqlim dəyişikliyi fonunda fəaliyyətsizlik”lə bağlı  olub.

 

Çoxları ölkəni bürümüş yanacaq böhranına baxmayaraq, sentyabrın sonundan Fransada neft emalı zavodlarında davam edən tətil iştirakçılarına dəstək ifadə ediblər. Onlar bu il iri şirkətlərin səhmdarlara ödədiyi rekord dividendləri tənqid edərək, inflyasiyanın artması fonunda işçilərin əmək haqqının artırılması ilə bağlı müraciətlərinə cavab verməyi tələb ediblər.

 

Yaşlı nəslin nümayəndələri də hökumətin planlaşdırdığı pensiya islahatına qarşı çıxıb, hazırkı pensiya yaşının 60-da saxlanmasını və hazırda 980 avro olan minimum müavinətin artırılmasını tələb ediblər.

 

Dinc aksiya iğtişaşlarla nəticələnib. Etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.