Avropa İttifaqının (Aİ) Ukrayna üçün yaratdığı hərbi təlim missiyası fəaliyyətə başlayıb.
Senzor.az xəbər verir ki, bunu qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə yazıb.
O söyləyib ki, Aİ Ukraynaya əlavə 500 milyon avroluq hərbi yardım ayırıb. Ali nümayəndə bildirib ki, bununla təşkilatın Ukraynaya hərbi yardım paketinin həcmi 3,1 milyard avroya çatıb.
“Rusiyanın son qərəzsiz hücumları Ukraynanı dəstəkləmək əzmimizi sarsıtmayacaq, əksinə, onu gücləndirəcək”, - C.Borel vurğulayıb.
While @DmytroKuleba addresses #FAC from a bomb shelter, we raise EU military assistance to €3.1 billion & launch the EU military training mission for #Ukraine.
— Josep Borrell Fontelles (@JosepBorrellF) October 17, 2022
Russia’s latest indiscriminate attacks will not shake our determination to support Ukraine, it will only reinforce it. pic.twitter.com/bnWDJKRdJb