Səudiyyə Ərəbistanı ilə Cənubi Afrika Respublikası (CAR) hökumətləri arasında ümumilikdə 15 milyard dollar məbləğində sazişlər və memorandumlar paketi imzalanıb.
Senzor.az-ın məlumatına görə, sənədlər bu gün CAR prezidenti Siril Ramafosanın Ər-Riyada səfəri çərçivəsində imzalanıb.
Qeyd olunur ki, sazişlər dağ-mədən sənayesi, enerji, turizm, logistika, kənd təsərrüfatı kimi sahələri əhatə edir.
CAR prezidenti bildirib ki, Səudiyyə Ərəbistanı hökuməti "ACWA Power" şirkəti vasitəsilə ölkəyə 1 milyard dollardan çox investisiya qoyub.