Parisdə etirazlar səngimir: POLİSLƏ NÖVBƏTİ TOQQUŞMA
VİDEO

Parisdə həmkarlar ittifaqının mitinqində nümayişçilərlə polis arasında toqquşmalar olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, oktyabrın 18-də səhər saatlarında etirazçılar qiymətlərin artması və iş şəraitinin yaxşılaşması səbəbindən maaşların artırılması tələbi ilə işə yox, Fransa paytaxtının küçələrinə çıxıblar.

 

Nümayişdə minlərlə insan, o cümlədən nəqliyyat, enerji, qida emalı, ticarət, təhsil və səhiyyə işçiləri iştirak edirlər.

 

Nümayişçilər arasında “sarı jiletlilər” hərəkatının tərəfdarları, müxtəlif gənclər təşkilatları, solçular, kommunistlər və “qara blok”dan olan radikal gənclər də var.

Qarşıdurmalar “qara blok”dan olan radikal gənclərin təxribatından sonra başlayıb. Onlar bankların şüşələrini sındırır, avtobus dayanacaqlarını qırır, zibil qutularını yandırır, hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə butulkalar və tüstü bombaları atırlar.

 

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.